Xəzər Xəbər

Yasamalda qandonduran cinayət - Balta ilə bacısını doğrayıb, torbalara doldurdu!

Hadisə | 12:56 • 20 Fevral 2019
Yasamalda qandonduran cinayət -

Təqsirləndirilən Laura Qasımova səbəb kimi isə bacısının ona siqaret verməməyini göstərib

Ruhi xəstə Laura Qasımova həbsdən azad olunması üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib.

Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında cəza çəkən L.Qasımovanın məhkəmə prosesi fevral ayının 21-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək.

İttihama görə, 2009-cu il dekabrın 3-də Bakının Yasamal rayonu, H.Zərdabi küçəsindəki 73 nömrəli evdə yaşayan, 1969-cu il təvəllüdlü ruhi xəstə Laura Bahadır qızı Qasımova özündən böyük bacısı Nərgiz Qasımovanın başını balta ilə kəsib. Sonra isə onu doğrayaraq torbaya doldurub və zibilliyə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin L.Qasımova tərəfindən törədildiyini müəyyənləşdirib. O, ilkin istintaq zamanı ifadəsində hadisəni siqaret üstündə törətdiyini etiraf edib. L.Qasımova bacısından siqaret istəyib. N.Qasımova siqaret vermədiyinə görə bacısı onu öldürüb./AzNews.az

Xəbər lenti