Xəzər Xəbər

Borcu olan 8 nəfər saxlanılıb

Hadisə | 11:14 • 29 Yanvar 2019
Borcu olan 8 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 21 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticədə bir nəfər ölüb, beş nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqədar səkkiz fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Xəbər lenti