Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Hadisə | 12:06 • 28 Yanvar 2019
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 39 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti