Xəzər Xəbər

Ermənistanda nazirlik binasında yanğın

Hadisə | 10:48 • 26 Yanvar 2019
Ermənistanda nazirlik binasında yanğın
Bu gün səhər saat 08:11 radələrində Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında yanğın baş verib.


Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyini mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, yanğın nazirlik binasının kabinetlərindən birində başlayıb və ətrafa yayılıb.

Hadisə yerinə göndərilən 6 yanğınsöndürmə maşını yanğını lokallaşdıra bilib. İnsident nəticəsində xəsarət alanın olmadığı bildirilir./azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti