Xəzər Xəbər

Sumqayıtda axtarışda olan şəxs saxlanılıb

Hadisə | 14:52 • 22 Yanvar 2019
Sumqayıtda axtarışda olan şəxs saxlanılıb

Sumqayıtda axtarışda olan şəxs saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elçin Musayev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 4-də şəhər sakini olan bir qadının içərisində 365 manat, qızıl əşyalar və sənəd olan çantasını oğurlaması da müəyyən edilib.

Xəbər lenti