Xəzər Xəbər

Gədəbəydə “Niva” hasara çırpılıb, ölən var

Hadisə | 14:01 • 18 Yanvar 2019
Gədəbəydə “Niva” hasara çırpılıb, ölən var
Yanvarın 17-də saat 16 radələrində Gədəbəy rayonunun Novo-İvanovka kəndi ərazisində rayon sakini Şahin Yusifov idarə etdiyi "Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə əsasən, nəticədə avtomobildəki sərnişin Əsginaz Əliyeva hadisə yerində ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar