Xəzər Xəbər

Adam vurub qaçan sürücü saxlanıldı

Hadisə | 15:00 • 14 Yanvar 2019
Adam vurub qaçan sürücü saxlanıldı

Piyada xəstəxanaya yerləşdirilib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yanvarın 12-də saat 21:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar