Xəzər Xəbər

Sumqayıtda ofis və kafe yanıb

Hadisə | 14:32 • 6 Yanvar 2019
Sumqayıtda ofis və kafe yanıb

Sumqayıtda ofis kimi fəaliyyət göstərən tikilidə və ona bitişik kafedə yanğın olub.


FHN-dən xezerxeber.az-a verilən məlumata əsasən, şəhərdə ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, ona bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.


Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər lenti