Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Hadisə | 11:17 • 3 Yanvar 2019
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 91 cinayət faktından 13-nün üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə beş nəfər, borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, yeddi nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli iki fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Xəbər lenti