Xəzər Xəbər

Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Hadisə | 10:21 • 3 Yanvar 2019
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Ötən gecə Xətai rayonunda yanan binanın görüntüləri yayılıb.

Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyü yanıb.

Alovlanan ev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən gecə saatlarında söndürülüb.

İlkin məlumata görə, yanğında xəsarət alan olmayıb. Hadisə ilə bağlı görüntüləri təqdim edirik:


Xəbər lenti