Xəzər Xəbər

Həmyerlilərini öldürüb meşədə basdırdılar! Xaçmazda baş vermiş dəhşətli qətlin təfərrüatı

Hadisə | 11:41 • 25 Dekabr 2018
Həmyerlilərini öldürüb meşədə basdırdılar!

İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Xaçmaz sakinini qətlə yetirib, meşədə basdırmaqda təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi bu il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.

Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar