Xəzər Xəbər

Məcburi köçkün 15 yaşlı qızı qaçırdı - BƏRDƏDƏ

Hadisə | 11:15 • 13 Dekabr 2018
Məcburi köçkün

Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.(report.az)

Xəbər lenti