Xəzər Xəbər

Qanunsuz ov edən 3 nəfər saxlanılıb

Hadisə | 10:23 • 13 Dekabr 2018
Qanunsuz ov edən 3 nəfər saxlanılıb
Dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan "MÇ-2112”, "İJ-58” və "İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb. Araşdırma aparılır.



Xəbər lenti