Xəzər Xəbər

Benzin töküb qardaşı arvadını yandıranı ağır cəza gözləyir - Məhkəmə işi

Hadisə | 10:19 • 12 Dekabr 2018
Benzin töküb qardaşı arvadını yandıranı ağır cəza gözləyir - Məhkəmə işi

Prokuror 18 il istədi...

Qardaşın arvadını öldürməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında İ.Əsgərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.


AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti