Xəzər Xəbər

19 yaşlı gənc itkin düşdü

Hadisə | 10:36 • 11 Dekabr 2018
19 yaşlı gənc itkin düşdü

Qubada 19 yaşlı gənc itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nayihəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar