Xəzər Xəbər

Avtobusa mindi - 700 manat pulu oğurlandı

Hadisə | 14:18 • 5 Dekabr 2018
Avtobusa mindi - 700 manat pulu oğurlandı

Zərərçəkən cinayət barədə avtobusdan düşdükdən sonra xəbər tutub

Bakının Binəqədi rayonunda marşrut avtobusunda oğurluq faktı qeydə alınıb.

XəzərXəbər-in məlumatına görə, Biləcəri qəsəbəsinə hərəkət edən 119 saylı xətt avtobusunda Rafael Süleymanovun cibindən 700 manat pulu oğurlanıb.

Belə ki, zərərçəkən cinayət barədə avtobusdan düşdükdən sonra xəbər tutub.

6-cı Polis Bölməsinə ərizə ilə müraciət edən R.Süleymanovun izahatı alınıb və cibgirin müəyyən olunması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Xəbər lenti

Çox oxunanlar