Xəzər Xəbər

Sumqayıtda qadınlara qorxulu anlar yaşadan şəxslər ƏLƏ KEÇDİ

Hadisə | 22:05 • 1 Dekabr 2018
Sumqayıtda qadınlara qorxulu anlar yaşadan şəxslər

Sumqayıtda içərisində pul və bahalı əşyalar olan çantaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

XəzərXəbər-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Nəsibovanın içərisində 700 manat, 500 ABŞ dolları və sənədlər olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Rzayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir qadının içərisində 285 manat, 1 ədəd qızıl üzük, mobil telefon və sənəd olan çantasını və digər şəxsin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar