Xəzər Xəbər

Böyrəyini həyat yoldaşına verdi Bakıda ilginc əməliyyat

Hadisə | 12:53 • 29 Noyabr 2018
Böyrəyini həyat yoldaşına verdi

Poliorqan çatışmazlıqdan əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə həyat yoldaşının böyrəyi köçürülüb.

XəzərXəbər xəbər verir ki, unikal böyrək transplantasiyası əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, tanınmış cərrah-uroloq, transplantoloq Rəşad Şolan tərəfindən uğurla icra edilib.

"Biz Rəşad doktoru bu əməliyyatı öz üzərinə götürmək fikrindən daşındırmaq üçün çox çalışdıq. Belə ki, xəstədə böyrək çatışmazlığı ilə yanaşı, kompensasiya formasında qaraciyər çatışmazlığı da müşahidə edilirdi. Eyni zamanda resipiyentin damarları anatomik cəhətdən əməliyyat üçün o qədər də uyğun deyildi. Vəziyyətin bütün çətinliyinə baxmayaraq, Rəşad Şolan bu ağır əməliyyatı öz öhdəsinə götürdü. Nəticə gözləntilərimizi də üstələdi: köçürülmüş böyrək hazırda çox gözəl fəaliyyət göstərir, xəstədə o cümlədən qaraciyər çatışmazlığı geriləyib", - deyə şöbə əməkdaşları transplantasiya ilə bağlı təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Rəşad Şolan ən ağır əməliyyatların fenomenal ustalıqla icra edilməsində yüksək ixtisaslı cərrah kimi tanınır.

Xəbər lenti