Xəzər Xəbər

İki ev və oyun zalından oğurluq edənlər saxlanıldı

Hadisə | 12:41 • 29 Noyabr 2018
İki ev və oyun zalından oğurluq edənlər saxlanıldı
Məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.


DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Sarıcalar kəndi ərazisindəki oyun zallarının birindən 4 ədəd televizor, 10 ədəd oyun pultu və digər aksesuarlar oğurlamaqda şübhəli bilinən kənd sakini Mehman Nuriyev saxlanılıb.

Daha 2 televizor oğurluqları Mingəçevir ŞPŞ və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən açılıb. Həmin şəhərlərdəki 2 evdən televizorları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Sahil Hüseynli və Yevlax şəhər sakini Rizvan Abbasov saxlanılıblar. Hər üç faktla bağlı müvafiq araşdırmalar aparılır.

Xəbər lenti