Xəzər Xəbər

Bakıda “Jeep”dən külli miqdarda pul oğurlandı

Hadisə | 16:56 • 22 Noyabr 2018
Bakıda “Jeep”dən külli miqdarda pul oğurlandı

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Xəqani Abbasovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Novxanı qəsəbəsində daha 2 evdən oğurluq etməsi müəyyənləşib. X.Abbasovun Novxanıda "Jeep” markalı avtomobildən ümumilikdə 14700 manat, 500 ABŞ dolları, 1 ədəd planşet və sənəd oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti