Xəzər Xəbər

Başına 15 santimetrlik bıçaq saplanan kişi hamını DƏHŞƏTƏ GƏTİRDİ: həkimə piyada getdi və... - FOTO

Hadisə | 16:28 • 22 Noyabr 2018
Başına 15 santimetrlik bıçaq saplanan kişi hamını DƏHŞƏTƏ GƏTİRDİ:

Cənubi Afrikanın sahil şəhəri olan Keyptaunda dəhşətli və bir o qədər maraqlı hadisə baş verib.

Şaun Veyn adlı velosipedçi iki naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Soyğun törətmək istəyən naməlum şəxslər 34 yaşlı şəhər sakininin başına bıçaq saplayıblar. O, isə ən yaxın xəstəxanaya piyada gedib. Başına 15 sm uzunluğunda bıçaq saplanan şəxsi görənlər qorxu və təəccübdən yerlərində donub qalıblar. Onun sakit şəkildə "boş həkim varmı?” sözləri isə bu təəccübə duz-bibər olub./publika.az

Yaralı dərhal əməliyyat edilib və möcüzəvi şəkildə sağ qalıb.

Xəbər lenti

Çox oxunanlar