Xəzər Xəbər

Ərazini qanunsuz şumladı - 32 min manat cərimələndi

Hadisə | 18:23 • 19 Noyabr 2018
Ərazini qanunsuz şumladı - 32 min manat cərimələndi

Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələri qanunsuz olaraq şumlanıb.

XəzərXəbər xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti

Çox oxunanlar