Xəzər Xəbər

Gömrükdə aşkar edilən Ermənistan məhsulları

Hadisə | 12:06 • 17 Noyabr 2018
Gömrükdə aşkar edilən Ermənistan məhsulları
KİV nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Balakəndə yerləşən "Mazımçay" gömrük postuna səfəri təşkil olunub.

Səfər çərçivəsində jurnalistlərə gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan məhsullar göstərilib. Onların arasında Ermənistan istehsalı olan məhsulların da olduğu bildirilib.


"Mazımçay" gömrük postunun rəisi Vüsal Nuriyev XəzərXəbər-ə bununla bağlı açıqlama verib. O, bildirib ki, Ermənistan istehsalı olan məhsullar ölkəmizə gələn turistlərdən götürülüb.

V.Nuriyevin sözlərinə görə, əcnəbilər bilmədən bu məhsulları ölkəmizə keçirməyə cəhd ediblər.

Xəbər lenti

Çox oxunanlar