Xəzər Xəbər

Qayınata və qayınanadan DƏHŞƏT: İki uşaq anası olan gəlinlərini diri-diri basdırdılar

Hadisə | 11:19 • 15 Noyabr 2018
Qayınata və qayınanadan DƏHŞƏT:

Braziliyada dəhşətli qətlin üstü açılıb.

İki uşaq anası Marsiya Martins Miranda qayınanası və qayınatası tərəfindən diri-diri torpağa basdırılıb.

41 yaşlı Marsiya həyat yoldaşından ayrılaraq 4 yaşlı oğlunu və 9 yaşlı qızını da özü ilə aparmaq istəyib. Nəvələrini çox sevən yaşlı cütlük isə onlardan ayılmamaq üçün gəlinlərini öldürməyi qərara alıblar. Buna görə də onu öncə icarəyə götürdükləri kimsəsiz bir evə çağırıblar. Daha sonra başına sərt cisimlə zərbə endirərək huşunu itirməsini təmin ediblər.

İstintaq zamanı məlum olub ki, qadın boğularaq öldürülüb. Bu da onun diri-diri basdırılmasına işarə edir.

Marsiya iki ay ərzində polis tərəfindən axtarışda olub. Sonunda isə Sao Paulo şəhərindəki tərk edilmiş bir evin beton döşəməsinin altından cansız cəsədi tapılıb.

Cinayəti törədənlər polis tərəfindən saxlanılıb./publika.az

Xəbər lenti