Xəzər Xəbər

Ağcabədidə dəhşət: 74 yaşlı qadın yanaraq ölüb

Hadisə | 09:19 • 13 Noyabr 2018
Ağcabədidə dəhşət:
Ağcabədidə yanğın qeydə alınıb.


FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti