Xəzər Xəbər

Tovuzda qandonduran iki cinayət hadisəsi Bıçaqlanma və oğurluq

Hadisə | 14:12 • 8 Noyabr 2018
Tovuzda qandonduran iki cinayət hadisəsi

Biri bacısının ərini bıçaqladı, digərləri isə...

Tovuz rayonunda oğlan bacısının ərini bıçaqlayıb.

Xəbərə görə, hadisə noyabrın 8-i səhər saatlarında qeydə alınıb.

2000-ci il təvəllüdlü Həsən Əliyev ailə münaqişəsi zəminində bacısının əri, 1994-cü il təvəllüdlü İzzəl Əliyevi bıçaqlayıb.
Araşdırma aparılır. ("Qafqazinfo”)

****

Tovuz rayonunda oğurluq hadisəsi baş verib.

Rayon ərazisindəki evlərin birindən 1600 manat pul, geyim və məişət əşyaları oğurlanıb.

Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakini Elxan Əliyev, Yevlax rayon sakinləri Tağı Həsənzadə və 1 yeniyetmə saxlanılıb. (Teleqraf.com)

Xəbər lenti