Xəzər Xəbər

Xəzərdə balıqçı qayığı təhlükədə TƏCİLİ XƏBƏR

Hadisə | 14:07 • 8 Noyabr 2018
Xəzərdə balıqçı qayığı təhlükədə

Qayığın hərəkətvericisi xarab olduğundan su axını qayığı açıq dənizə doğru aparır

Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

Dövlət Dəniz Agentliyin Mətbuat xidmətindən bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkətvericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar