Xəzər Xəbər

Maşın yol kənarında duran şəxsin üstündən keçdi Xırdalanda faciə

Hadisə | 14:18 • 6 Noyabr 2018
Maşın yol kənarında duran şəxsin üstündən keçdi

Ölən şəxsin kimliyi araşdırılır

Xırdalan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Ötən gecə şəhər ərazisində Namazov Arif Kərəm oğlu idarə etdiyi "Mercedes Benz” markalı minik avtomobili ilə yolun kənarında dayanmış şaxsi vurub öldürüb. Belə ki, A.Namazov maşınla Binəqədi şosesindən Xırdalana gedərkən kənarda dayanmış kişini görməyib və maşınla onun üstündən keçib.

Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.

Ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.(Publika.az)

Xəbər lenti