Xəzər Xəbər

Nəsimi rayonunda yanğın: bir nəfər ölüb

Hadisə | 11:27 • 6 Noyabr 2018
Nəsimi rayonunda yanğın:

Nəsimi rayonunda ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ev yanıb. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti