Xəzər Xəbər

“AMAY”-ın İrandakı rəhbəri sərhəddə saxlanıldı

Hadisə | 11:24 • 2 Noyabr 2018
“AMAY”-ın İrandakı rəhbəri sərhəddə saxlanıldı
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.


Dövlət Sərhəd Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, 2018-ci ilin 31 oktyabr tarixində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan "AMAY” MMC tərəfindənİranda təsis edilmiş "Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanılıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, "Nokia” markalı mobil telefon, 150ABŞdolları və 100 manat pul aşkar­lan­ıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.


Xəbər lenti

Çox oxunanlar