Xəzər Xəbər

14-cü mərtəbədən yıxılan 25 yaşlı gənc sağ qaldı - Möcüzə

Hadisə | 10:08 • 31 Oktyabr 2018
14-cü mərtəbədən yıxılan 25 yaşlı gənc sağ qaldı - Möcüzə

Hazırki vəziyyəti barədə məlumat verilmir

Gürcüstanın paytaxtı Tbilisidə 25 yaşlı gənc yaşayış binasının 14-cü mərtəbəsindən yıxılsa da sağ qalıb.

O, pəncərədən yıxılaraq həyətdəki qarajın içinə, oradan isə yumşaq kətilin üstünə düşüb. O, təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.

25 yaşlı gənc hadisə zamanı xəsarət alıb. Yaralı tibbi müayinədən keçiriləcək və bir neçə saat həkim nəzarəti altında olacaq. Lakin onun həyatı üçün hər hansı təhlükənin olub-olmaması barədə məlumat verilmir.

AzNews.az

Xəbər lenti