Xəzər Xəbər

Bıçağı 26 yaşlı gəncin ürəyinə sancdılar Bakıda DƏHŞƏTLİ CİNAYƏT

Hadisə | 13:27 • 30 Oktyabr 2018
Bıçağı 26 yaşlı gəncin ürəyinə sancdılar

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

XəzərXəbər xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.

Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.

Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir. (Trend)

Xəbər lenti

Çox oxunanlar