Xəzər Xəbər

Ucarda ər-arvad faciəli şəkildə öldü

Hadisə | 16:24 • 24 Oktyabr 2018
Ucarda ər-arvad faciəli şəkildə öldü

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi "VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.


Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar