Xəzər Xəbər

Zəhərlənən 8 gəmiçi Toksikologiya şöbəsinə yerləşdirilib

Hadisə | 10:14 • 19 Oktyabr 2018
Zəhərlənən 8 gəmiçi Toksikologiya şöbəsinə yerləşdirilib
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində zəhərlənən 8 gəmiçi gətirilib.


Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, hazırda gəmiçilərin vəziyyəti orta ağırdır.

"Onların zəhərləndiyi bildirilir. Bu, laborator analizlərin nəticələrindən sonra bəlli olacaq".

Qeyd edək ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində kütləvi zəhərlənmə olub. Nəticədə 3 İran vətəndaşı dünyasını dəyişib.

Xəbər lenti