Xəzər Xəbər

İki sərnişin təyyarəsi TOQQUŞDU

Hadisə | 16:58 • 8 Oktyabr 2018
İki sərnişin təyyarəsi TOQQUŞDU
Faktla bağlı araşdırma aparılır.

Moskvanın Jukovski hava limanında iki sərnişin təyyarəsi dayanacaq yerinə hərəkət edərkən toqquşub.

TASS xəbər verir ki, təyyarələr "Ural Hava Yolları" və "İkar" aviaşirkətlərinə məxsus olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb, "Ural Hava Yolları" təyyarəsinin sol qanadaltısı və aeronaviqasiya fənəri sınıb.

Faktla bağlı araşdırma aparılır. (unikal.org)

Xəbər lenti