Xəzər Xəbər

Oğru bacılar tutuldu - Bakıda

Hadisə | 16:53 • 8 Oktyabr 2018
Oğru bacılar tutuldu - Bakıda
Gülüstan və Könül kişinin cibindən 3450 manat oğurlayıblar.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və bacısı Könül saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti