Xəzər Xəbər

Şəmkir sakini qonağını qətlə yetirib

Hadisə | 13:37 • 17 Sentyabr 2018
Şəmkir sakini qonağını qətlə yetirib
Sentyabrın 15-də Şəmkir rayon sakini Bahadur Qasımov Rayon Polis Şöbəsinə gələrək Gəncə şəhərindəki evində Daşkəsən rayon sakini Asif İsayevi bıçaqla qətlə yetirdiyini bildirib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, B.Qasımov aidiyyəti üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil verilib. Araşdırmalarla onun həmin gün münaqişə zəminində A.İsayevə bıçaqla xəsarət yetirib qətlə yetirməsi müəyyən edilib.

Xəbər lenti