Xəzər Xəbər

Yevlaxda dəhşətli qəza — Bir maşın qadını vurdu, digəri 40 metr sürüdü

Hadisə | 01:01 • 13 Sentyabr 2018
Yevlaxda dəhşətli qəza — Bir maşın qadını vurdu, digəri 40 metr sürüdü

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra "Mercedes" markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Hələki kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır./REPORT

Rubrikanın digər xəbərləri

Xəbər lenti