Xəzər Xəbər

Bakı metrosunda cinayət - Ər arvadını bıçaqladı

Hadisə | 09:33 • 5 Sentyabr 2018
Bakı metrosunda cinayət - Ər arvadını bıçaqladı
Bakı metrosunun "Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib.


XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.


Onun sözlərinə görə, bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib: "Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb”.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti