Xəzər Xəbər

Gəncədə binada yanğın: 15 nəfər təxliyyə olunub

Hadisə | 09:57 • 4 Sentyabr 2018
Gəncədə binada yanğın: 15 nəfər təxliyyə olunub
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.



Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti