Xəzər Xəbər

Bakıda maraqlı hadisə – Ana uşağını atıb qaçdı

Hadisə | 17:49 • 30 Avqust 2018
Bakıda maraqlı hadisə – Ana uşağını atıb qaçdı

Bakıda ana yeni dünyaya gətirdiyi övladını doğum evində ataraq gedib. goldnews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.

Hadisə Əbülfəz Qarayev adına 2 nömrəli xəstəxanada baş verib. Hazırda uşaq xəstəxanadadır. Körpə 6 aylıqdır. Uşağın fotosunu doğum evində yatan başqa bir ana sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:

"Oğlumla xəstəxanada yatıram. Yanımızdakı palatada bu uşaq yatır. Təkdir, heç kimi yoxdur. Anası atıb gedib. Görün nə gözəl qızdır. Yanına gələn kimi gülür, oynayır. Elə sevinir ki… Ay alçaqlar, uşağa baxmayacaqdınızsa, niyə dünyaya gətirirdiniz? Yadlarına düşəndə yemək verirlər. Heyif… Ürəyim ağrıdı bu üç gündə”.

Xəbər lenti