Xəzər Xəbər

Masazırda 3 mərtəbəli tikili yandı

Hadisə | 10:03 • 29 Avqust 2018
Masazırda 3 mərtəbəli tikili yandı
Masazırda yanğın qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Bu gecə Cəlilabad rayonunda yanğın qeydə alınıb. Uzuntəpə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti