Son günlərdə Dövlət
Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı
sayəsində "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda
pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə
gətirilməsinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən XəzərXəbər-ə
verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində
Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy
rəngdə çəllək aşkar olunub.
Çəlləklərə
baxış keçirilən zaman 14 ədəd "XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd
"Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd "X-nova”, 10 ədəd "Ku
Fly”, 20 ədəd "Etel”, 10 ədəd "Odsen-6700”, 10 ədəd "Kgtell” markalı
mobil telefon qutuları aşkar olunub.