Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayonu Közbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səlim Ağayev saxlanılıb.