Xəzər Xəbər

Qəbiristanlıqda narkotik yetişdirən şəxs tutulub

Hadisə | 10:41 • 18 Avqust 2018
Qəbiristanlıqda narkotik yetişdirən şəxs tutulub
Quba rayonunda qəbiristanlıqda çətənə yetişdirən şəxs saxlanılıb.


XəzərXəbər-in DİN-ə istinadən verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.


Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb. Rövşən Axundov çətənə kollarını özü əkdiyini etiraf edib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar