Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib. XəzərXəbər "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.
1990-cı
il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb
oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il
təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş
açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə
tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova
Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.
Bildirilir
ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun
tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İlkin
məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində
olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə
yetirilən Namiq Əkbərov həkim olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.