Xəzər Xəbər

DİN: Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Hadisə | 09:57 • 15 Avqust 2018
DİN:
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 132 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.


XəzərXəbər Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Xəbər lenti