Xəzər Xəbər

Bakıda yenə də ağac aşdı - maşını əzdi - FOTO

Hadisə | 14:18 • 11 Avqust 2018
Bakıda yenə də ağac aşdı - maşını əzdi -

Bakıda güclü külək bu gecə də fəsad törədib.

Gecə saatlarında Xəqani 35 ünvanında ağac küləyin təsirindən aşaraq yolun kənarında dayanmış avtomobilin üzərinə düşüb. Nəticədə "Mercedes” markalı 90 XT 850 nömrəli maşın zədələnib.

Xəsarət alan olmayıb.

Aşan ağac isə yolu kəsərək hərəkəti dayandırıb. Bu gün səhər saatlarında meriyanın Yaşıllaşdırma İdarəsinin əməkdaşları ağacı yük maşınına yükləyərək ərazidən aparıblar. ("Qafqazinfo”)



Xəbər lenti