Xəzər Xəbər

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin üstü açılıb

Hadisə | 10:45 • 11 Avqust 2018
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin üstü açılıb

2018-ci il avqust ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 


DİN mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.


Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Xəbər lenti