Xəzər Xəbər

Evdən 7 min manat və 6 min dollar pul oğurlayan keçmiş məhkum tutulub

Hadisə | 13:02 • 2 Avqust 2018
Evdən 7 min manat və 6 min dollar pul oğurlayan keçmiş məhkum tutulub

Bakıda evdən 7 min manat və 6 min dollar pul oğurlayan keçmiş məhkum tutulub.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanov saxlanılıb.

Xəbər lenti